Sığorta bazarının 81%-i 3 şirkətin əlində cəmlənib - Tam siyahı

  Sığorta bazarının 81%-i 3 şirkətin əlində cəmlənib -
Bu ilin ilk 7 ayı ərzində ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən yığılan 580,5 milyon manat məbləğində sığorta haqqının yarıdan çoxunu - 66,3%-ni “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb.

Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 385,1 milyon manat olub.

Ən çox sığorta haqqı toplayanların ilk üçlüyünü 45,6 milyon manatlıq yığımla “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta”, 38,1 milyon manatlıq yığımla “Qala Sığorta” və “Qala Həyat Sığorta” şirkətləri tamamlayır.

Rəqəmlərdən də göründüyü kimi sığorta bazarının 80,7%-i adları qeyd olunan 3 şirkətin – “Paşa”, “Qala” və “Atəşgah” şirkətlərinin əlində cəmlənib. Bu ilin ilk 3 ayında 3 şirkətin topladığı sığorta yığımlarının ümumi məbləği 480,8 milyon manat olub.

Ən az sığorta haqqı toplayan şirkətlər isə 1,1 milyon manatlıq yığımla "Meqa Həyat Sığorta”, 1,4 milyon manatlıq yığımla "Naxçıvansığorta" və 2,7 milyon manatlıq yığımla "Ata Sığorta" şirkətləri olub.


  Sığorta bazarının 81%-i 3 şirkətin əlində cəmlənib -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
571 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...