Məhkəmə Flora Kərimovanın vəsatətini təmin etdi

Məhkəmə Flora Kərimovanın vəsatətini təmin etdi
Bu gün Flora Kərimovanın Afət Fərmanqızına qarşı iddiası əsasında Nərimanov rayon məhkəməsində hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, Aytən Novruzovanın sədrliyi ilə baş tutan hazırlıq iclasında Flora Kərimovanın vəkili Xavər İsmayılova vəsatət qaldırıb.

Vəkil Xalq artistinə qarşı işlədilmiş ifadələr üzərində linqvistik ekspertizasının keçirilməsi xahiş edib.

Məhkəmə vəsatəti təmin edib. İş üzrə icraat dayandırılıb.

Qeyd edək ki, Flora Kərimova dəymiş mənəvi ziyana görə Afət Fərmanqızından 100 min manat tələb edir.

Xatırladaq ki, Flora Kərimovanın Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılır. Həmin işdə Afət Fərmanqızı məhkəməyə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunub.

Xüsusi ittihamçı Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
595 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...