“Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət göstərməyiblər?” - İlham İsmayıl
“Dünyada belə hadisələr olub. Hətta səfirliklər terrorçular tərəfindən girov götürülüb, uzun müddət girovluqda saxlanılıb. Amma Azərbaycan müstəqillik əldə edəndən və səfirliklər açılandan bəri ilk dəfədir ki, Azərbaycan səfirliyinə bu dərəcədə hücum olunur. Səfirliyə hücum, elə Azərbaycana hücum deməkdir, çünki səfirlik ərazisi bizim ərazimizdir”.
Bu sözləri Pravda.az-a təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl ötən gün Londonda Azərbaycan səfirliyinə bir qrup radikal dindar tərəfindən edilən hücum barəsində danışarkən deyib.
kspert məsələni iki istiqamətdə belə şərh edib: “Birincisi, təhlükəsizlik baxımından. Burada məsuliyyət Böyük Britaniya Krallığının üzərinə düşür. Onlar Vyana Konvensiyasına uyğun olaraq təhlükəsiziliyi qorumalı idilər. Ən əsası da Londonda fəaliyyət göstərən, orada yaşayan belə bir qurumun zamanında, hətta İran səfirliyinə də hücum etdiyini nəzərə alaraq, həmişə nəzarətdə saxlanılmalı, əməlləri haqqında kəşfiyyat məlumatları olmalı idi. Təəssüf ki, olmayıb. Ən böyük irad Britaniya dövlətinədir. İkincisi, öz səfirliyimizə də irad bildirilməlidir. Niyə səfirliyin əməkdaşları heç bir müqavimət göstərməyiblər? Demirəm ki, silahla, videolarda ən azı əllə heç bir müqavimət görünmür. Ola bilsin ki, onların nəsə müqavimət göstərmələri ilə bağlı müəyyən informasiyalar olacaq. Amma fakt budur ki, heç bir müqavimət yoxdur. Hücum edənlər silahlı deyildilər. Sadəcə, sayları çoxdur”.
İ.İsmayıl vurğulayıb ki, ingilis polisinə silah verilmir, onlar silahsız olurlar: “Çox təəssüf ki, ingilis polisi də müşahidəçi rolunda çıxış edib. Ona görə də Xarici İşlər Nazirliyimiz, eyni zamanda Azərbaycanın Britaniyadakı nümayəndəliyi Britaniyanın Xarici İşlər Nazirliyinə çox ciddi iradlarını bildirməlidir. Orada Azərbaycan səfirliyinin təhlükəsizlik məsələləri üzrə əməkdaşı var. Onun da fəaliyyətində müəyyən nöqsanların olduğu görünür. Bir var, qapıdan girəndə nəsə ediblər, bir də var, qalxıblar yuxarıda bayrağımızı yerə atıblar. Deməli, səfirliyin bəzi ekstremal situasiyalara heç cür hazırlığı olmayıb. Minimum müdafiəsi olmalı idi, olmayıb”.
Ekspert bildirib ki, əsas məsələ səfirliyin təhlükəsizliyinin qorunub-qorunmaması deyil, aksiyanın özüdür: “Bu aksiya Azərbaycan bayrağını yerə atmaqla Azərbaycan dövlətindən nəyi tələb edirdi? Biz buna münasibət bildirməliyik. Azərbaycan dövləti hansısa şiə dindarın guya hüquqlarını pozub. Burada hüquqları pozulan şəxs ki var, o şəxsin dostları Azərbaycanın düşmənləridir. Azərbaycan bayrağını yerə atan Azərbaycanın düşmənidir. Biz bu adama necə münasibət bəsləməliyik ki? Sənin hüququnu tələb edən Azərbaycanın düşmənidir. Biz düşmənə baş əyməliyikmi? Düşmənin tələbini yerinə yetirməliyik? O bayraqdan ötrü Azərbaycanın minlərlə oğlu şəhid olub. Azərbaycanın müstəqilliyini istəməyən hansısa qatı bir-iki dindarın, müstəqilliyimizin simvolu olan bayrağı yerə atanların tələblərini yerinə yetirəcəyik? Əsas odur ki, din bayrağı altında fəaliyyət göstərənlər Azərbaycanın müstəqilliyinin əleyhinədirlər. Hansısa şiə həbsdədir və ya incidilir, hüquqları pozulur, bütün bunlar konkret onları maraqlandırmır. Onların hədəfi Azərbaycanın müstəqilliyidir. Əsas məqsədləri isə şəriət dövləti qurmaqdır. Bunu bayraq olaraq qaldırırlar. İranla onların münasibətləri olmasa da, mahiyyətləri eynidir. İstər İran tərəfdən, istər şirazilər və s., radikal dindarlar tərəfindən Azərbaycana gələn hücum Azərbaycanın müstəqilliyinin əleyhinədir. Onlar konstitusion quruluşumuzu dəyişmək istəyirlər. Biz bunlara qarşı həm Azərbaycanda, həm Azərbaycandan kənarda olduqca sərt mövqe nümayiş etdirməliyik”.
795 dəfə oxundu