“Azərsığorta” səhmdar cəmiyyətinə çevrilib, Direktorlar Şurasının tərkibi təsdiq edilib

“Azərsığorta” səhmdar cəmiyyətinə çevrilib, Direktorlar Şurasının tərkibi təsdiq edilib

Prezident İlham Əliyev “Azərsığorta” ASC-nin fəaliyyətinin təşkili haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmana əsasən, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta") eyni adlı ASC-yə çevrilib.

Bundan başqa, Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 3 üzvdən ibarət Direktorlar Şurası yaradılır;

Cəmiyyətin Direktorlar Şurası “Sığorta fəaliyyəti haqqında” qanunda nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir.

Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

Azərbaycan Respublikasının Prezidentinə:

- Cəmiyyətin yenidən təşkili və ləğvi;

- Cəmiyyətin Direktorlar Şurasının üzvlərinin, o cümlədən onun sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

Azərbaycan İnvestisiya Holdinqinə Prezidentlə razılaşdırmaqla:

- Cəmiyyətin nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

- İdarə Heyətinin üzvlərinin, o cümlədən onun sədrinin və müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

- Cəmiyyətin illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;

- Cəmiyyətin dividend siyasətinin təsdiq edilməsi;

- Cəmiyyətin qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;

- Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edilməsi;

- Mülki Məcəllədə və “Sığorta fəaliyyəti haqqında” qanunua ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Azərbaycan İnvestisiya Holdinqinə Cəmiyyətin yeni nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq tədbirlər görmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Dövlət başçısı həmçinin “Azərsığorta” ASC-nin Direktorlar Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncama əsasən, Şuranın tərkibi aşağıdakı kimi təsdiq edilib:

Direktorlar Şurasının sədri

Azər Bayramov – maliyyə nazirinin müavini

Direktorlar Şurasının üzvləri

Xəyyam Məmmədov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini

Gündüz Əliyev – Maliyyə Nazirliyinin Maliyyə xidmətləri üzrə siyasət şöbəsi müdirinin müavini.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1482 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...