Urmiya gölü susuzluqdan yanır, molla rejimi isə yezidlik edir — ŞƏRH

Urmiya gölü susuzluqdan yanır, molla rejimi isə yezidlik edir —
“Azərbaycanda kərimə dövləti yaratmağa çalışan hər fürsətdə dini inanclı insanları dövlətə qarşı ayağa qaldıran İranın molla rejimi istər Cənubi Azərbaycan, istərsə də region üçün ciddi ekoloji problemlər yaradacaq addımlar atır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev Güney Azərbaycanın incisi hesab edilən Urmiya gölünün qurumasına münasibət bildirərkən deyib. Politoloq vurğulayıb ki, Urmiya gölü süni şəkildə, məqsədli surətdə qurudulur:

“Urmiya gölünün qurudulması prosesinə əslində 1999-cu ildən başlanıb. Belə ki, “kənd təsərrüfatında inqilab” adı altında gölə tökülən Acıçay, Tatuçay, Şəhərçay, Nazlıçay, Cığatı çaylarının üzərində su anbarlarının tikintisinə start verilib. Tikilən su anbarları gölə çayların tökülməsinin qarşısı alınıb. Nəticədə ərazisi 5960 kvadrat kilometr olan Urmiya gölündə əvvəllər 32 milyon kubmetr olan suyun həcmi 3 milyona qədər enib. Güney Azərbaycanda 2011-ci ilin aprel ayından bəri Urmiya gölünün qurumasının qarşısının alınmaması ilə bağlı davamlı etiraz aksiyaları keçirilir. “Urmiya gölü susuzluqdan yanır”, “Urmiya gölündə su yoxdur, və digər şüarlarla keçirilən aksiyalarda 70 nəfər həbs olunub”.

Politoloqun sözlərinə görə, həmin vaxtdan bəri İran hakimiyyət orqanlarına və parlamentə edilən müraciətlərlə davam etdirilən etirazlara polis hər dəfəsində müdaxilə edərək güc yolu ilə qarşısını alır və kütləvi həbslər həyata keçirir:

“Urmiya gölü 1967-ci ildə YUNESKO tərəfindən qoruq elan edilib. Bundan başqa, göl qorunan təbii ərazilər sırasına daxil edilib. Lakin təəssüf ki, Urmiya gölü hər keçən gün dünyanın gözü önündəcə quruyaraq tarixə dönür. İranın molla rejimi isə hər dəfəsində Urmiya gölünü qurumasını təbii faktorlara əsaslandırmağa çalışır. Müqayisə üçün deyə bilərəm ki, Urmiya gölü ilə eyni coğrafi bölgədə yerləşən Türkiyənin Van və Ermənistanın Göyçə (Sevan) gölləri Urmiya gölündən fərqli olaraq tamamilə normal vəziyyətdədirlər. Urmiya gölündə quraqlığın 70%-i insan amili və yalnış idarəetmədən qaynaqlanır. Yəni burdanda aydın görünür ki, fars rejimi məqsədli surətdə gölü qurudur. Özü də bunu az qala hər məhərrəmlik ayında lənətlədikləri yeziddən betər edir”.

T.Rzayev hesab edir ki, bu məsələ təkcə İran ilə bağlı deyil və region ölkələrini yaxından maraqlandırmalıdır:

“Başda Azərbaycan olmaqla, Türkiyə, İraq və beynəlxalq təşkilatlar məsələyə diqqət, qayğı, hətta lazım gələrsə təzyiq etməlidir. Rəsmi Tehranın göz görə-görə ekoloji terrora imza atıb, YUNESKO tərəfindən qoruq elan edilən Urmiya gölünün qurumasına imkan verə bilmərik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
642 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...