Heç bir şagirdi universitetə qəbul olmayan məktəbin direktorundan AÇIQLAMA

Heç bir şagirdi universitetə qəbul olmayan məktəbin direktorundan
Xəbər verdiyimiz kimi, “Abituriyent” jurnalının 12-ci sayında qeyd edilən məlumatlara əsasən, ötən il 152 saylı tam orta məktəbin bir abituriyenti belə ali təhsil müəssisəsinə qəbul olmayıb.

Sözügedən məktəbin direktoru Zəkay Şayev "Unikal"a açıqlamasında məsələyə aydınlıq gətirib:

"Bizim məktəb əvvəl "Xabad-Or-Avner" adlı özəl yəhudi məktəbi olub. Ötən il təhsil nazirinin əmri ilə, 152 nömrəli tam orta məktəbin fəaliyyəti bərpa edilib. Həmin tarixdən etibarən "Xabad-Or-Avner" məktəbi 152 nömrəli tam orta məktəb kimi fəaliyyətini davam etdirir.

Ötən il bizim cəmi 5 məzunumuz olub. Onlardan 3-ü ölkə daxilində, qalan 2-si isə Moskvada yerləşən ali təhsil müəssisələrinə qəbul olunublar", - deyə o bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
889 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...