Azərbaycanda dollar bahalaşmaqda davam edir

Azərbaycanda dollar bahalaşmaqda davam edir


Bu gün oktyabrın 19-u ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.

"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrın 20-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi oktyabrın 19-u ilə müqayisədə 0,0002 manat və ya 0,02% artaraq 1,0476 manat olub. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, avro zonanın vahid valyutası 0,0022 manat və ya 0,18% azalaraq 1,1876 manata enib.

Manata nəzərən Rusiya rublu isə 0,0002 manat və ya 1,18% azalaraq 0,0168 manat səviyyəsində qərarlaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1045 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...