2016-cı il dövlət büdcəsinin kəsiri 1,6 milyard dolları ötəcək

2016-cı il dövlət büdcəsinin kəsiri 1,6 milyard dolları ötəcək


2016-cı il üçün Azərbaycan dövlət büdcəsinin gəlirləri 14 566 milyon manat, xərcləri isə 16 264 milyon manat səviyyəsində proqnozlaşdırılır. Trend-in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrinin təqdimatında deyilir.

Proqnozlara əsasən, 2016-cı ildə dövlət büdcəsinin gəlirlər hissəsi 4 872 milyon manat və ya cari ilin göstəricisindən 25,1 faiz az, xərclər hissəsi isə 4 836 milyon manat və ya 2015-ci ilin göstəricisindən 22,9 faiz az götürülüb. 2016-cı il üçün büdcənin kəsiri 1 698 milyon manat və ya ÜDM-in 2,9 faizi səviyyəsində (onun həcmi 57,7 milyard manat həcmində müəyyən edilib) proqnozlaşdırılır. Dövlət büdcəsində neftin proqnoz qiymətləri 1 barelə görə 50 dollar səviyyəsində götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1248 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...