Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir


Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,51 dollar və ya 3,27% ucuzlaşaraq 44.54 dollar təşkil edib. "Report"un məlumatına görə, "Brent" markalı neftin qiyməti isə 3,38% yaxud 1,68 dollar azalaraq 47,93 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 52 dollar/barel olacağı gözlənilir.

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 2,06 dollar yaxud 4,04% azalıb.

hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 48,83 dollara düşüb.
Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1092 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...