“Bu etimadı doğrultmağa çalışacam” - Rövnəq Abdullayev

“Bu etimadı doğrultmağa çalışacam” -


“Azərbaycan prezidenti İlham Əliyevin tövsiyəsi əsasında seçki keçirildi və mən Cüdo Federasiyasının prezidenti seçildim. Bu etimadı doğrultmağa çalışacam”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) yeni prezidenti Rövnəq Abdullayev deyib.

ACF-nin İdarə Heyətinin iclasından sonra federasiyaya rəhbər seçilən Abdullayev KİV nümayəndələrinə bildirib ki, əsas məqsəd idmanın bu növünün inkişafına nail olmaqdı. Onun sözlərinə görə, yığmamızın uğurlu çıxışı və yeniyetmələrin bu idman növünə cəlb edilməsi üçün bütün lazımı şərait yaradılacaq.

Prezident 2016-cı ildə keçiriləcək Rio Olimpiadasına 1 ildən az vaxt qalmasına baxmayaraq, maksimum sayda lisenziya qazanacaqlarına inam ifadə edib: “Bəli, Rio Olimpiadasına elə də çox vaxt qalmayıb. Biz indidən növbəti Oyunlarına lazımı səviyyədə hazırlaşmalıyıq. Təbii ki, öncə lisenziyalar qazanmalıyıq ki, sonradan Rioda mükafat əldə etmək şansımız olsun. Cüdoçuların və məşqçiləri çoxusu ilə də yaxından tanışam. Çünki onların əksəriyyəti məhz “Neftçi İdman Klubu”nu təmsil edirlər".
Bununla yanaşı, Abdullayev bildirib ki, yığmaya əcnəbi baş məşqçinin gətirilməsi müzakirə mövzusu deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1323 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...