Toy keçirilən zaman atəşə məruz qalan kənddə sakinlərlə görüş keçirib -

Toy keçirilən zaman atəşə məruz qalan kənddə sakinlərlə görüş keçirib -


Ötən gün ermənilərin toy mağarını atəşə tutması nəticəsində üç nəfərin yaralandığı Tərtərin Qapanlı kəndində sakinlərlə görüş keçirilib. "Report" xəbər verir ki, görüşdə Müdafiə Nazirliyinin (MN), Fövqəladə Hallar Nazirliyinin (FHN) nümayəndələri və Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak edib. Görüşdə bildirilib ki, ermənilər atəşkəsi tez-tez pozsalar da, Azərbaycan Ordusu daim onların layiqli cavabını verir.

FHN-in Qarabağ regional mərkəzinin rəisi Etibar İsmayılov bədbəxt halların baş verməməsi üçün əhalini diqqətli olmağa çağırıb: "Bu günlərdə daha da diqqətli olmaq lazımdır. Çoxsaylı və ağır itkilər verən ermənilər qəsdən dinc əhaliyə atəş açırlar. Bu səbəbdən də təmas xəttinə yaxın ərazilərdə yaşayanlar daha da diqqətli və ehtiyatlı olmalıdır".
Sakinlərin narahatçılığı nəzərə alınaraq kəndə yeni "Təcili tibbi yardım" avtomobili verilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov isə qeyd edib ki, kənddə yeni tibb məntəqəsi tikilir: "Yaxın günlərdə tibb məntəqəsi müasir tibbi avdanlıqlarla təchiz olunaraq əhalinin istifadəsinə veriləcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1216 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...