Bakı Məişət Kondisionerləri Zavodu özəlləşməyə çıxarılacaq?

Bakı Məişət Kondisionerləri Zavodu özəlləşməyə çıxarılacaq?


Əmlak Məsələləri Dövlət Komitəsi növbəti dəfə “Bakı Kondisioneri” ASC-nin səhmlərinin 90,3%-i investisiya müsabiqəsinə çıxarıb. Müəssisə on ilə yaxındır işləmir. İddiaçılara qarşı tələblər dəyişməyib. Əsas tələblərdən biri müasir tələblərə cavab verən sənaye və məişət kondisionerlərinin istehsalıdır. İnvestisiya proqramından əlavə, iddiaçılar dövlət büdcəsinə 950 min manat ödəmək öhdəliyi götürməlidir. Bundan başqa, qalib 938,4 min manat məbləğində əmək haqqı borcu və digər ödənişləri ödəməlidir.

Hazırda “Bakı Kondisioneri” ASC-də 290 nəfər işçi var. Son 3 ildə işçilərin sayı 168 nəfər azalıb. SC-nin səhmlərinin 15%-nin özəlləşməsində 1317 işçi iştirak edib. Onlar səhmlərin 9,7%-i alıb. 2013-cü ildə ƏMDK Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin köməyi ilə (GIZ) “Bakı Kondisioneri” ASC-nin yenidən strukturlaşdırılması və özəlləşmə öncəsi sağlamlaşması üzrə proqram layihəsi hazırlayıb. Amma ƏMDK proqramın mahiyyətini açıqlamır.

ƏMDK qanunvericiliyə zidd olaraq, “Bakı Kondisioneri” ASC-nin torpaq sahəsi və tikililərinin xarakteristikasını açıqlamır. Turan-ın məlumatına görə, SC-nin 13 ha torpağı var. “Bakı Kondisioneri” ASC-nin səhmləri 2004-cü ildən investorlara təklif edilir və azı 4 müsabiqə elan eidlib. Onların heç biri barədə rəsmi açıqlama dərc edilməyib. “Bakı Kondisioneri” ASC-nin nizamnamə kapitalı 1 926 min manatdır. 1 avqust 2015-ci il üçün öhdəlikləri 4,5 mln manat, debitor borcları 251,4 min manatdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1647 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...