“Yeni Qəbələ RLS Azərbaycanı da qoruyacaq” - Rusiyalı politoloq

“Yeni Qəbələ RLS Azərbaycanı da qoruyacaq” -


Rusiyanın Qəbələdəki yeni RLS-i Azərbaycanı da üçüncü tərəfin hücumlarından qoruyacaq

GUNDEMİNFO.AZ minval.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Vitali Arkov Azərbaycan ərazisində yeni Rusiya radio-lokasiya stansiyasının qurulması mümkünlüyünü şərh edərkən bildirib. “Voronej - DM” RLS-in inşası və istismara verilməsi - əgər bu məsələ reallaşsa – Rusiya-Azərbaycan əlaqələrini daha da möhkəmlədəcək, çünki RLS-in digər üstünlükləri ilə yanaşı, Rusiyanın dost Azərbaycanın ərazisinin müdafiəsi imkanlarını da xeyli genişlədndirəcək” – deyib ekspert. Onun sözlərinə görə, Yaxın Şərqdən həm də Güney Qafqaza doğru sürətlə yayılmaqda olan gərginliyin və İŞİD tipli beynəlxalq terror təşkilatlarının raket kompleksləri və kütləvi qırğın silahlarına nəzarət i ələ keçinmək ehtimalının yüksək olması nəzərə alınarsa, yeni RLS tikintisinə dair Moskva ilə Bakı arasında anlaşma çox mühüm müdafiə əhəmiyyəti daşıyır.

“Məsələnin iqtisadi aspekti də var: RLS tipli böyük enerji tutumlu bir obyektin inşası və sonrakı istismarına özünəməxsus investisiya layihəsi kimi də baxmaq olar. Biz hələ RLS ehtiyacları üçün ərazilərin istifadəsinə görə Rusiya tərəfindən ödəniləcək icarə haqqını demirik. Onun məbləği hələ ki, KİV-ə məlum deyil” - əlavə edib politoloq. Xatırladaq ki, bir neçə gün öncə Rusiya Müdafiə Nazirliyinin “Zvezda” telekanalı Rusiyanın Qəbələdə yeni və daha modern ”Voronej - DM” tipli RLS tikmək fikrində olduğu haqda məlumat yayıb. Rəsmi Bakı bu qəbildən məlumat və iddialara hələ ki, hər hansı reaksiya verməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1196 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...