Sənaye məhsulu istehsalı 9,5 mlrd manat azalıb

Sənaye məhsulu istehsalı 9,5 mlrd manat azalıb


Bu ilin yanvar-iyul aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 15,8 milyard manat təşkil edib.

Dövlətstatkoma görə, sənaye məhsulu istehsalı 3,5% artıb, amma həmin statistik məlumatlara görə, sənaye məhsulu istehsalı faktiki qiymətlərlə 9,5 mlrd manat və ya 37,4% azalıb. DSK-nın versiyasına görə, sənayenin qeyri-neft bölməsində istehsal həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 4 mlrd 377 mln manat təşkil edib. 2014-cü ilin eyni dövründə qeyri-neft bölməsində 5 mlrd 243,7 mln manatlıq məhsul istehsal edilib.

2015-ci ilin 7 ayında sənaye məhsulu istehsalında mədənçıxarma sənayesinin payı 2 63,8%, emal sənayesinin payı 28,5%, elektrik enerjisi, qaz və buxar istehsalının payı 6,9% olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1115 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...