İqtisadi azadlıq reytinqi: Azərbaycan neçəncidir?

İqtisadi azadlıq reytinqi:

Kanadanın Frayzer İnstitutu Ukraynanın İqtisadi Azadlıq Cəmiyyəti ilə birgə iqtisadi azadlıq reytinqi açıqlayıb

İndeks 5 sahə üzrə (dövlət xərcləri və vergi yükü; mülkiyyət hüququnun müdafiəsi və hüquqi struktur; maliyyə qaynaqlarına çıxış; beynəlxalq ticarət azadlığı; kreditləşmənin, əməyin, biznesin tənzimlənməsi) 42 göstərici əsasında hazırlanıb.

İqtisadi azadlıq meyarları kimi şəxsi seçim, könüllü dəyişmə, bazarlara çıxış və rəqabət azadlığı, fərdi azadlıq və şəxsi mülkiyyətin toxunulmazlığı meyarları göstərilir. Novator.az-ın məlumatına görə, 159 ölkənin adı olan siyahıda Honkonq birinci yerdə dayanır. İkinci yerdə Sinqapur, üçüncü yerdə Yeni Zelandiya gəlir.

Keçmiş SSRİ məkanı ölkələrindən Gürcüstan 8-ci, Estoniya 10-cu, Ermənistan 29-cu yerdədir. Qazaxıstan 66-cı, Rusiya 100-cü, Moldova 102-ci, Ukrayna 149-cu pillədədir. Azərbaycan reytinq cədvəlində 114-cü yerdə göstərilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...