Heydər Babayev idmançılardan pul tələb etdi - Federasiya rəsmisindən sərt AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Azərbaycan Həndbol Federasiyasının keçmiş rəhbəri, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev bütün əmlakını satışa çıxarıb. Sabiq nazirin Azərbaycanı tərk etmək istədiyi də bildirilir.
Belə olan təqdirdə, AHF hazırkı rəhbərliyi idmançılar üçün yeni məkan axtarışına çıxmağı tezləşdirməlidir. Çünki həndbol millisinin məşqləri və yarışlarının keçrildiyi zal Heydər Babayevin sahibi olduğu ABU Arenadadır.
Görəsən, qurumun yeni rəhbərliyi bu barədə hansı addım atacaq?
Məsələ ilə bağlı Azərbaycan Həndbol Federasiyasının İdman Şöbəsinin müdiri İsgəndər Əsgərov Unikal.org-a açıqlama verib:
"Federasiyamızın üzvlərinin bir qismi SDN plazada yerləşən yeni ofisə köçrülüb. Amma ABU Arenada da yerləşir. Milli komandamızın məşqləri, yarışlar burada təşkil olunur. Gələcəkdə həndbolçularımız üçün yeni zal tikməyi planlaşdırırıq. Bu, fikrimizdə var. Ola bilər ABU Arena satılsın, ya da başqa adam gələ də bilir. Bu barədə hələ dəqiq heç nə deyilmir. Bunlar söz-söhbətlərdir. Arena keçmiş federasiya rəhbəri Heydər Babayevə məxsusdur, bizə aid deyil. Biz buranın əsas sahibinə hər ay icarə haqqı ödəyirik.
Bu da yeni rəhbərlik gələndən sonra oldu. Onlar zalı bizə vermirdilər icarə haqqı istədilər. Öz əziyyətimizlə tikdiyimiz zala məcbur olduq pul verdik. Yaxşı ki, Saleh müəllim var, onlara pul ödəyir.
Həndbolçular üçün 1-2 ilə yeni zal tikiləcək. Ola da bilər hazırki zalı bizdə saxlasınlar. Əgər satılarsa, Əl Oyunları Sarayı, Sərhədçi İdman Olimpiya Mərkəzi və Şağan İdman Olimpiya Kompleksində məşqlərimizi davam etdirə, yarışlarımızı keçirə bilərik. Amma Saleh müəllim istəyir ki, öz zalımızı tikdirək. Özümüzünkü olsun ki, heç kim ora girməsin”.
1042 dəfə oxundu