Nazirlik: Bakı-Sumqayıt yolundakı faciəyə səbəb olan mikroavtobusa fərqlənmə nişanı verilməyib

Nazirlik: Bakı-Sumqayıt yolundakı faciəyə səbəb olan mikroavtobusa fərqlənmə nişanı verilməyib


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu gün Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı açıqlama yayıb.
Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, marşrutu üzrə sərnişindaşıma həyata keçirən "50 BL 132" dövlət nömrə nişanlı "Ford Tranzit" markalı mikroavtobus qeyri-qanuni fəaliyyət göstərib: "Faciəyə səbəb olan mikroavtobusa Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən fərqlənmə nişanı verilməyib. Eyni zamanda, nəqliyyat vasitəsi Bakı-Sumqayıt marşrutu üzrə sərnişindaşıma xidməti göstərmək üçün tələb olunan müvafiq icazə sənədini də almayıb".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
969 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...