Magistratura, rezidentura və dövlət qulluğuna qəbul müsabiqəsində iştirak ödənişli olacaq

Magistratura, rezidentura və dövlət qulluğuna qəbul müsabiqəsində iştirak ödənişli olacaq

“Magistratura, rezidentura, dövlət qulluğuna qəbulla bağlı müsabiqədə iştirak ödənişli olacaq”. Virtualaz.org-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu həftə ərzində Tarif (qiymət) Şurası qərarını elan edəcək: “Biz artıq lazım olan sənədləri Tarif Şurasına təqdim etmişik”.


M.Abbaszadə onu da bildirib ki, sınaq imtahanlarının vaxtı yaxın bir həftədə məlum olacaq: “Magistratura və rezidentura imtahanları isə aprel ayının əvvəlləri üçün planlaşdırılır. Gələn il ola bilsin ki, ümumtəhsil müəssisələrini bitirənlər üçün noyabr ayında əlavə qəbul imtahanları da baş tutsun”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
872 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...