Natiq Əliyev: "Avropa ölkələrinin gözü Azərbaycandadır"

Natiq Əliyev: "Avropa ölkələrinin gözü Azərbaycandadır"


"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclasının keçirilməsi Azərbaycan üçün önəmli bir hadisədir. "APA-Economics" xəbər verir ki, bunu bugünkü mətbuat konfransında energetika naziri Natiq Əliyev deyib.

Onun sözlərinə görə, bu gün Avropa ölkələrinin gözü Azərbaycandadır: "Cənub Qaz Dəhlizi" layihəsi prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılır. Layihənin reallaşdırılmasına bir neçə il öncə başlanılıb. Dünya iqtisadiyyatında maliyyə böhranın müşahidə edildiyi bir vaxtda bu layihənin həyata keçirilməsi böyük səy tələb edir. Eyni zamanda mövcud vəziyyət tələb edir ki, səylər birləşdirilsin. "Cənub Qaz Dəhlizi” layihəsini genişləndirmək fikrimiz var. Buna görə də məhz bu gün burada İon Boru Kəməri ölkələrinin nümayəndələri də iştirak edirdilər", - deyə nazir əlavə edib".

N. Əliyev qeyd edib ki, layihənin həyata keçirilməsində ən mühüm məsələlərdən biri maliyyələşmə ilə bağlıdır: "Dünya Bankı, Asiya İnkişaf Bankının nümayəndələri bu tədbirdə iştirak ediblər. Onlar bəyan etdilər ki, bu layihəyə maraq göstərirlər və layihənin maliyyələşməsində iştirak edəcəklər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
938 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...