İsgəndər Xəlilov rəhbərlikdən getdi

İsgəndər Xəlilov rəhbərlikdən getdi


5 oktyabr 2016-cı il tarixində "Nikoil Bank"ın səhmdarlarının növbədənkənar ümumi yığıncağında İsgəndər Xəlilov öz xahişi ilə Müşahidə Şurasının sədri vəzifəsindən azad olunub. Bankdan verilən məlumata görə, səhmdarlar Marina Kulişovanın Müşahidə Şurasının sədri təyin edilməsi barədə qərar qəbul ediblər. O, bankın transformasiyası mərhələsində onun daha keyfiyyətli inkişaf səviyyəsinə qaldırılması prosesinə rəhbərlik edəcək.

Eyni zamanda İvan Romanovskiy Müşahidə Şurasının üzvü təyin edilməsi barədə qərar qəbul edilib. Müşahidə Şurasının tərkibindən çıxmasına baxmayaraq, İsgəndər Xəlilov bankın səhmdarlarından biri olaraq qalır. Beləliklə Müşahidə Şurasının tərkibi aşağıdakı qaydada təsdiq edilib:

Sədr: Kulişova Marina Valeryevna

Üzvlər: Romanovskiy İvan Vladimiroviç
Sazonov Aleksey Valeryeviç
Suxoruçkin Pavel Aleksandroviç
Novikov Roman Vitalyeviç

Səhmdarlar, Müşahidə Şurası və menecment bankın tərəqqisi və inkişafına verdiyi töhfəsinə görə İsgəndər Xəlilova minnətdarlığını bildiriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
981 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...