“Rusiya vertolyotları” Bakıya ən yeni modelləri gətirir

“Rusiya vertolyotları” Bakıya ən yeni modelləri gətirir


Rusiyanın vertolyot istehsalı ilə məşğul olan “Rusiya vertolyotları” holdinqi Bakıda keçiriləcək ADEX-2016 hərbi sənaye sərgisində özünün ən yeni modellərini nümayiş etdirəcək.

Virtualaz.org holdinqdən yayılan açıqlamaya istinadən xəbər verir ki, sabah işə başlayacaq sərgidə “Rusiya vertolyotları” mülki və hərbi təyinatlı bir sıra aktual modelləri göstərəcək, habelə Mi-38 nəqliyyat vertolyotunu, Mi-28HE və “Ka-52” (Alligator”) döyüş modellərini sərgiyə çıxaracaq.

Holdinqin baş direktoru İqor Çeçikov deyib ki, Azərbaycan “Rusiya vertolyotları”nın ənənəvi partnyorlarından biridir. Bu ölkənin hakimiyyəti silahlı qüvvələrin hava parkının modernləşdirilməsinə böyük diqqət ayırır və mərhələli şəkildə yeni vertolyot texnikası ilə yeniləyir.

Çeçikovun sözlərinə görə, holdinq öz partnyorlarına ən qabaqcıl modelləri və ən yeni vertolyotları təqdim edəcək. Habelə holdinq vertolyotların satışından sonra onlara texniki qulluq göstərilməsini və artıq mövcud olan texnikanın modernləşdirilməsini də həyata keçirməyə hazırdır.

Sərgi zamanı holdinq Azərbaycanın müxtəlif strukturları ilə əməkdaşlığı genişləndirməyə imkan verəcək razılaşmalar imzalayacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...