Erməni meri maşında güllələdilər

Erməni meri maşında güllələdilər


Ermənistanın Eçməzdin şəhərində mer seçkiləri ərəfəsində vəziyyət gərginləşib. AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, şəhərdə atəş səsləri eşidilib. Məlumata əsasən ötən gün axşam saat 23:00 radələrində paytaxt İrəvandan geri qayıdan Eçməzdin şəhərinin meri Karen Qriqoryanın avtomobili atəşə tutulub. Hadisə zamanı Qriqoryan qardaşı ilə birgə avtomobildə olub. Hadisə zamanı mer xəsarət almayıb.

Erməni KİV-lərin yaydığı xəbərə görə, Qrioqryanın avtomobilinə Eçməzdin meriyasına digər namizəd Artur Tumanyan və sabiq merin qardaşı oğlu Qraçik Abqaryan atəş açıb. İnsidentdən sonra tərəflər arasında dava düşüb. Nəticədə Tumanyan və Abqaryan ciddi xəsarət alıb. Hazırda onların hər ikisi xəstəxanadadır.

Karen Qriqoryanın ofisindən “News.am”-a bildirilib ki, hazırda hüquq–mühafizə orqanlarında insidentlə başlı araşdırma aparılır.
“Abqaryan və Tumanyanı döyüblər, onlar hazırda xəstəxanadadılar”-deyə qeyd olunub. Şəhərdə vəziyyətin gərgin olduğu, təhlükəsizik tədbirlərinin gücləndirildiyi deyilir. Qeyd edək ki, Eçməzdində mer seçkiləri sentyabrın 18-i keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
961 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...