Öcalanın PKK-ya çağırışı gözlənilir - Silahlar yerə qoyula bilər

Öcalanın PKK-ya çağırışı gözlənilir -
PKK silahı yerə qoya bilər.

Kürdüstan Fəhlə Partiyasının (PKK) lideri və ömürlük həbs cəzası alan Abdullah Öcalan tərəfdarlarına müraciət edərək silahlarını yerə qoymağa və uzun müddətdir davam edən silahlı qarşıdurmaya son qoymağa çağıra bilər.

Bakupost.az xəbər verir ki, bu barədə "Türkiye" qəzeti məlumat yayıb.

Məlumata görə, Öcalanın çağırışı həm Şimali İraq və Suriyadakı yaraqlılara, həm də təşkilatın Avropadakı tərəfdarlarına ünvanlanacaq.

Bu, həbsxanada olan PKK liderinə ikinci və ya üçüncü səfərindən sonra kürd yönümlü DEM partiyasının nümayəndələrinin əlyazma məktubu və ya videomüraciəti şəklində edilə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
29 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...