Abşeron İH iş qabiliyyətini itirən şəxsi belə incidir

Abşeron İH iş qabiliyyətini itirən şəxsi belə incidir
Fəaliyyət qabiliyyətini itirmiş şəxsin Abşeron rayon İcra Hakimiyyəti ilə mübarizəsi davam edir.

Tribunainfo.az xəbər verir ki, icra hakimiyyəti ilə bağlı iddianı Aslanova Sürahi Xəlil qızı qaldırıb. İşin mahiyyəti şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlıdır. Bunun təsdiqlənməsi üçün iddiaçı may ayından icra hakimiyyəti ilə məhkəmə qapılarında qalıb.

İşə Abşeron rayon Məhkəməsində baxılır. Tərəflər arasında artıq 3 proses keçirilib. Növbəti proses gələn il 13 yanvar tarixində baş tutacaq. İş hakim habil Əhmədovun icraatındadır.

Qeyd edək ki, məhkəməyə verilən Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.

Tərəfləri dinləməyə hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
177 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...