“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” – Ekspert
Gələn il Azərbaycanda minimum pensiya məbləğinin artırılmayacağı proqnozlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının 2025-ci il dövlət büdcəsinin layihəsinə rəyində qeyd olunub.
Məlumat üçün bildirək ki, bu ilin sentyabr ayında Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışı zamanı açıq şəkildə bəyan edib ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya artırılacaq.
Məsələ ilə bağlı Yeniavaz.com-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, Hesablama Palatasının minimum pensiya məbləği ilə bağlı rəyi səhvdir:
“Minimum pensiya məbləği “Əmək pensiyaları haqqında” Qanuna əsasən tənzimlənir. Sonuncu dəfə Qanuna dəyişiklik 2023-cü ilin 1 fevral tarixində olub və minimum pensiya 280 manat həddində müəyyən edilib. Hesablama Palatasının minimum pensiya məbləğini “Dövlət büdcəsi haqqında” Qanuna istinadən bu şəkildə dəqiq məbləğ göstərərək proqnozlaşdırması doğru deyil. Minimum pensiyanın artırılması barədə Prezidentin göstərişi var və böyük ehtimalla Milli Məclis də “Əmək pensiyaları haqqında” Qanuna müvafiq dəyişikliyi edəcək. Belə olan halda, Hesablama Palatasının minimum pensiya məbləğinin artırılmayacağı barədə proqnozu başa düşülən deyil”.
Ekspert bildirir ki, Hesablama Palatası eyni rəydə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına” da istinad edərək minimum pensiya məbləğinin minimum əmək haqqı səviyyəsinin 75‒80%-də saxlanılacağını qeyd edib:
“Əgər minimum pensiya məbləği minimum əmək haqqı səviyyəsinin 75‒80%-də saxlanılacaqsa, o zaman gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır ki, strategiyada nəzərdə tutulanlar reallaşsın. Çünki gələn il minimum əmək haqqının 400 manat olacağı bildirilib. 400 manatın 75%-i də 300 manat edir. Belə olan halda, Hesablama Palatasının minimum pensiya məbləğinin 280 manat olacağı ilə bağlı proqnozu başa düşülən deyil. Ümumiyyətlə Palata öz rəyində bununla bağlı hər hansı bir əlavə izahata da yer verməyib”.
78 dəfə oxundu