Yataq xəstəsi olan meyxanaçı: “Ayaqlarım tutulub, yaşamaq istəyirəm” (VİDEO)

Yataq xəstəsi olan meyxanaçı:
Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Xəyyam Quliyevin son görüntüləri yayılıb.

Gundeminfo.az xəbər verir ki, sənətçi artıq bir neçə aydır ayaqlarının işləmədiyini bildirib. O imkanı olan şəxslərdən əməliyyatı üçün kömək etmələrini xahiş edib:

“Avqust ayından indiyə qədər yataq xəstəsiyəm. Ayaqlarım da tutulub. Amma əməliyyat olunmalıyam. Əməliyyatım təxminən 220 000 AZN edir. Onun da təxmini olaraq 42-43 000-i yığılıb. Dost yükünü qaldıra biləcık xalqımız dostlarımız var çox şükür… Mən də yaşamaq istəyirəm. İnsan ölümə yaxınlaşdıqca, yaşamaq o qədər şirinləşir ki…”.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
95 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...