Benzin və dizelin qiyməti artırıla bilər

Benzin və dizelin qiyməti artırıla bilər
Təbii qaz, Aİ-92 markalı avtomobil benzini və dizel yanacağının istehsalçı qiymətlərlə ölkə daxilində satışını həyata keçirən subyektlər tərəfindən enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması köçürülmələrin edilməsi nəzərdə tutulur. Bununla bağlı məsələ “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna dəyişiklik təklif olunur.

Məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Qanun layihəsi enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması və ondan istifadə istiqamətlərinin təkmilləşdirilməsi məqsədilə hazırlanmışdır.

Eyni zamanda Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti artıq tənzimlənən qiymətlərə daxil ediləcək.

GUNDEMINFO.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna təklif edilən dəyişiklik barədə danışarkən deyib. O qeyd edib ki, Azərbaycanda Aİ-95 markalı benzinin istehsalına başlanıb, tənzimlənən qiymətlərlə 1,60 AZN-ə satılır.

Maraqlıdır, yeni qanun benzin qiymətlərində hər hansı dəyişikliyə səbəb ola bilərmi?

Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Natiq Cəfərli Ajans.az-a bildirib ki, enerji effektivliyinin artırılması üçün atılan addımlar uzunmüddətli iqtisadi fayda gətirsə də, qısa müddətdə qiymət artımları ilə nəticələnə bilər:

“Əslində bu maraqlı bir məsələdir, görünür ki, yeni qanun layihəsi təqdim olunur. Bu tək dövlət tərəfindən tənzimlənməsi məsələsi deyil. Zatən Aİ-92 və dizel dövlət tərəfindən tənzimlənir. İndi Aİ-95 markalı benzinin qiyməti də dövlət tərəfindən tənzimlənəcək. Burada yeni bir fondun yaradılması və satışdan əldə olunan gəlirlərin həmin fonda keçirilməsi məsələsi müzakirə olunur. Burada ciddi suallar yaranır. Yəni istehsalçılar bundan nə qazanacaq? Bu istehlakçılara necə təsir edəcək?”

Ekpsert qeyd edib ki, neftayırma zavodu zatən dövlətindir, satdığı benzinin də qiyməti dövlət tərəfindən tənzimlənir. Onun sözlərinə görə, burdan qazanılan vəsait SOCAR-a köçürülürdü, oradan da büdcəyə:

“SOCAR indi benzini ancaq istehsal etməklə görəvli olacaqsa və bunun vəsaiti fonda köçürüləcəksə, SOCAR-ın və neftayrıma zavodunun xərcləri necə ödəniləcək? Əslində suallar çoxdur. Amma hər bir halda bu bir yenilikdir. Təəssüf ki, belə yeniliklər qiymət artımları ilə də meşahidə olunur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
53 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...