Ən yüksək və ən aşağı pensiya hansı rayonlarda verilir? - TAM SİYAHI
Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 1 milyon 98 min 531 nəfər pensiyaçı olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, pensiyaçılara təyin olunan pensiyanın orta aylıq məbləği 493 manat 88 qəpik təşkil edib.
Məlumat üçün bildirək ki, pensiyaçıların 35,1%-i və ya 385 min 505 nəfəri paytaxt Bakıda qeydiyyatda olublar və onların orta aylıq pensiya məbləği 675 manat 7 qəpik olub.
Ən az pensiyaçı sayı Xocavənd rayonunda qeydə alınıb. Bu rayonda 900 pensiyaçı olub. Xankəndi şəhəri və Ağdərə rayonlarında isə pensiyaçı olmayıb.
Bakıdan sonra ən yüksək pensiya Naxçıvan Muxtar Respubliksaında verilir. Naxçıvanda orta aylıq pensiya məbləği 450 manat 21 qəpik olub. Ən aşağı pensiya məbləği isə Xocalı rayonunda qeydə alınıb. Bu rayonda orta aylıq pensiya məbləği 371 manat 78 qəpik olub.
Onu da bildirək ki, Azərbaycanda 11 şəhər və rayonda (cədvəldə qırımızı şriftlə verilib) pensiya məbləği 400 manatdan yüksək, 2 rayonda (cədvəldə yaşıl şriftlə verilib) isə 380 manatdan aşağı olub. Digər şəhər və rayonlarda isə pensiya məbləği 380-400 manat arasında dəyişib.
Azərbaycanın şəhər və rayonlarında qeydə alınan pensiyaçıların sayı orta aylıq pensiya məbləği aşağıdakı kimi olub:
54 dəfə oxundu