İsveç, Norveç və Finlandiyada "Müharibədən sağ qalma" broşürləri paylanır
Norveç, Finlandiya və İsveç öz vətəndaşlarını "müharibə və ya digər gözlənilməz böhran vəziyyətlərində" məlumatlandırmaq üçün vərəqələr paylaşmağa başlayıblar.
"Cebheinfo.az" xəbər verir ki, BBC-nin məlumatına görə, üç Nordic ölkəsi öz vətəndaşlarına rəqəmsal və fiziki istifadə üçün hazırlanmış “böhran anlarına hazırlıq” kitabçalarını təqdim edib.
Norveçdə hökumət vətəndaşları “ekstremal hava hadisələri, müharibə və digər təhlükələrə” qarşı hazır olmağa çağırıb və göndərdiyi broşuralara böhran zamanı istifadə edilmək üçün evdə saxlanmalı olan materialların və ərzaq ehtiyatlarının siyahılarını daxil edib.
Norveç Mülki Müdafiə Müdirliyinin (DSB) rəsmisi Tore Kamfjord verdiyi açıqlamada, Norveçdəki hər evə bir nüsxə olmaqla toplam 2,2 milyon kitabça göndərdiklərini söylədi.
Rəhbərliyin 2018-ci ildə də analoji təcrübə həyata keçirdiyini qeyd edən Kamfjord, broşuraların iqlim dəyişikliyi səbəbindən ekstremal hava hadisələri riskinin artması ilə əlaqədar yeniləndiyini izah edib.
Finlandiya hökuməti də "gözlənilməz hadisələrə və böhranlara hazırlaşmaq" mövzusunda öz tövsiyələrini onlayn yayımladı.
Paylaşılan rəqəmsal kitabçanın hərbi münaqişələrə həsr olunmuş bölməsində silahlı hücum zamanı Helsinki hakimiyyətinin necə reaksiya verəcəyi qeyd olunub.
Skandinaviya ölkəsi İsveçdə milyonlarla vətəndaş "müharibə və ya digər gözlənilməz böhranlara" necə hazırlaşmaq lazım olduğunu izah edən broşürlər almağa başladı.
Rusiya-Ukrayna müharibəsinin dəyişən kursuna uyğun olaraq bu yaxınlarda yenilənmiş "Böhran və ya müharibə dövründə" broşürünün ilk nəşri İkinci Dünya Müharibəsi zamanı hazırlanmışdır.
84 dəfə oxundu