Ərdoğan: Bu utancdan mütləq qurtulacağıq

Ərdoğan: Bu utancdan mütləq qurtulacağıq
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi İcraiyyə Komitəsi dünən Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanıb. İclasın əsas gündəm məsələlərindən biri də yeni Konstitusiya məsələsi olub.

Teleqraf xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, Ərdoğan iclasda xalqın 1982-ci ildə qəbul edilmiş “qiyamçı konstitusiya utancı”ndan mütləq qurtulacağını bəyan edib:

“Həmçinin Prezident Ərdoğanın təyin etdiyi Konstitusiya Komissiyası dünən ilk toplantısını keçirib. Beştəpədə vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə keçirilən iclasda komissiyanın iş prosedurları müəyyənləşib. Yılmaz Qurban bayramından sonra ətraflı müzakirələrin aparılacağını açıqlayıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
128 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...