Türkiyədə CHP-li bələdiyyə sədrlərinin həbsi davam edir

Türkiyədə CHP-li bələdiyyə sədrlərinin həbsi davam edir
CHP bələdiyyələri ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan 38 nəfərdən 22-si həbs edilib. Həbs edilənlər arasında 5 CHP bələdiyyə sədri və keçmiş CHP millət vəkili Aykut Erdoğdu da var.

Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, barələrində həbs qərarı çıxarılan Büyükçekmece bələdiyyə başçısı Həsən Akgül, Qaziosmanpaşa bələdiyyə başçısı Hakan Bahçetepe, Avcılar bələdiyyə başçısı Utku Caner Çaykara, Seyhan bələdiyyə başçısı Oya Tekin və Ceyhan bələdiyyə başçısı Kadir Aydarın vəzifələrindən azad edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
93 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...