Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir

Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir


Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonin başçılıq etdiyi nümayəndə heyəti İrəvanda rəsmi səfərdədir.

“Report” xəbər verir ki, bu barədə parlamentin yuxarı palatasının mətbuat xidməti məlumat yayıb.

"Səfər proqramında Matviyenkonun ölkə rəhbərliyi ilə görüşləri nəzərdə tutulub. Xüsusilə parlamentin sədri Alen Simonyanla söhbət planlaşdırılır", - məlumatda bildirilib.

Qeyd olunub ki, Matviyenko və Simonyan həmçinin Rusiya və Ermənistan arasında parlamentlərarası əməkdaşlıq komissiyasının 39-cu iclasını açacaqlar.

Matviyenko həmçinin 10-cu Rusiya-Ermənistan regionlararası forumunda iştirak edəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
112 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...