Fırıldaqçılar məşhur aktyorun 5,8 milyon pulunu ələ keçiriblər
Rusiyanın məşhur aktyoru Nikolay Trifilov fırıldaqçıların qurbanı olub.
Musavat.com xəbər verir ki, bu barədə Mash Telegram kanalı məlumat yayıb.
Dələduzlar Trifilovu üç dəfə aldatmağa cəhd ediblər. İlk dəfə özlərini “Rusiya poçtu”nun işçisi kimi təqdim ediblər və guya qeydə alınmış məktub barədə məlumat veriblər. Onlar aktyordan “şəxsiyyətin təsdiqi” olaraq SMS-lə kod göndərməsini istəyiblər. Daha sonra fırıldaqçılar aktyorun dövlət xidmətindəki hesabını sındırmağa müvəffəq olublar. Sənətçi duyuq düşüb və parolunu dəyişib. Ertəsi gün telefona aktyorun həyat yoldaşı cavab verib və cinayətkarların hiylələrinə uymayıb.
Üç gün sonra fırıldaqçılar yenidən zəng edərək özlərini FTX əməkdaşları kimi təqdim edib, Trifilovun Ukrayna ilə əlaqədə şübhəli bilindiyini deyiblər. Onlar bildiriblər ki, kimsə sənətçinin bank hesabını sındırıb və Ukrayna ordusuna pul köçürmək istəyir. Bu dəfə aktyor onlara inanıb. Dələduzlar ona pulu “təhlükəsiz hesaba” köçürməyi təklif ediblər.
Nəşrin məlumatına görə, müxtəlif bankların bir neçə əməkdaşı Trifilovu pul çıxarmamağa və ya şübhəli hesaba köçürməməyə inandırmağa çalışıb. Yalnız üçüncü məqamda aktyora 5 milyon 770 min rubl məbləğində nağd pul verilib. Sənətçi aldadıldığını öyrəndikdən sonra polisə ifadə yazıb.
Onu da deyək ki, Rusiyada insanların “Ukrayna kartı” ilə qorxudularaq aldadılması hadisəsi çox yayğındır.
19 dəfə oxundu