Rayon rəhbəri Həcc ziyarətindən qayıdan şəhid anasını ziyarət etdi - FOTO
44 günlük Vətən müharibəsi şəhidi Məmmədli Tural Aqil oğlunun anası Güldanə
Məmmədova Səudiyyə Ərəbistanından Həcc ziyarətindən qayıdıb. Tərtər Rayon
İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının
sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli nümayəndəsi,
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov və şəhid ailələri ilə birlikdə şəhid
anasını ziyarət edib.
Süfrə arxasında Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi anılıb.
Rayon rəhbəri şəhid anasına oğlunun şəhadətə qovuşması ilə bağlı başsağlığı
verərək, ona rəhmət diləyib və ailəsinə Tural kimi igid bir oğul böyütdüyü üçün
minnətdarlığını bildirib.
Qeyd edək ki, Məmədəli Tural Aqil oğlu 1998-ci il martın 22-də Tərtər
rayonunun Bəyimsarov kəndində doğulub, Azərbaycan Ordusunun
müddətdən artıq xidmət keçən hərbi qulluqçusu kimi Vətən müharibəsində
iştirak edib, oktyabrın 9-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid
olub.
Onun nəşi neytral zonada olduğu üçün çətinliklə tapılıb və noyabr ayının 4-də
doğulduğu Bəyimsarov kəndində dəfn olunub.
Şəhid Məmmədli Tural Aqil oğlu ölümündən sonra Aəzrbaycan Respublikası
Prezidentinin müvafiq sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”,
“Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tural kimi
oğulların keçdiyi döyüş yolunun, onların qısa, ancaq şərəfli ömür yolunun
gənclərimizə bir örnək olduğunu bildirərək, onun xatirəsinin daim qəlblərdə
yaşayacağını deyib, anaya uzun ömür, can sağlığı, dözüm və dəyanət arzulayıb.
Şəhid anası onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildirib.
264 dəfə oxundu