Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü İrəvanlı kəndində keçirilib

Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü İrəvanlı kəndində keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təsdiq olunmuş qrafikə uyğun olaraq növbəti səyyar qəbul-görüşü İrəvanlı kəndində keçirilib.
Qəbulda YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.Əvvəlcə icra başçısı şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon rəhbəri respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin İrəvanlı kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən, rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb, bildirib ki, əhali fasiləsiz olaraq işıq, qaz və su ilə təmin olunur.

Qeyd olunub ki, İrəvanlı kənd İƏD-nin 405 hektar ərazisi, 295 təsərrüfatı, 1039 nəfər əhalisi var. Ərazidə 1 məktəb, 1 körpələr evi uşaq-uşaq baxçası, 1 kitabxana, 5 ticarət oyekti, 4 iaşə obyekti, 2 məişət obyekti faəliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 418 baş iribuynuzlu, 592 baş xırdabuynuzlu heyvan, 5549 baş quş, 60 arı ailəsi saxlayırlar.

Son üç ildə İrəvanlı kəndində 1 km məsafədə kəndarası yollar təmir edilib, kənd ərazisində 1000 ədəd çəkil tingi, 350 ədəd müxtəlif növ ağac əkilib, məişət tullantılarının məhf edilməsi üçün 2 ədəd quyu qazılmış, kənd qəbristanlığı təmizlənmiş, yol kənarları alaq otlarından təmizlənərək səliqə-səhmana salınıb.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açıb, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.

Sonra söz sakinlərə verilib.

Kənd sakinlərindən Münəvvər Cahangirova pay torpaq sahəsinə gedən yolun zəbt olunması, Oqtay Əliyev kəndə gələn suvarma arxının təmizlənməsi və digər məsələlər ilə bağlı müraciət ediblər.

Qaldırılan məsələlərin bəziləri yerində həll olunub, bir qismi nəzarətə götürülüb, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, şəhid ailələri və qazilərə göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü İrəvanlı kəndində keçirilib
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü İrəvanlı kəndində keçirilib
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü İrəvanlı kəndində keçirilib
Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü İrəvanlı kəndində keçirilib



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
256 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...