Daha bir prospektdə təmir işlərinə başlanılacaq

Daha bir prospektdə təmir işlərinə başlanılacaq
Mayın 31-də saat 08:00-dan etibarən Bakı şəhəri, Azadlıq prospektində (Cəfər Xəndan küçəsi ilə Mixail Kaveroçkin küçəsi arasında olan hissə) təmir işlərinə başlanılacaq.

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, təmir müddətində sözügedən hissədə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmağı, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmağı, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...