Xankəndidə erməni oliqarxların zavodu: Zirzəmidən görün nələr tapıldı - VİDEO

Xankəndidə erməni oliqarxların zavodu:
Xankəndidə erməni oliqarxların konyak zavodunun görüntüləri yayılıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı kadrlar AzTV-nin efirində, Vüsal Mətləbin təqdimatında yayımlanan “Sözümüz imzamızdır!” adlı proqramda nümayiş etdirilib.

Bildirilib ki, konyak zavodunun səhmdarlarından biri də separatçıların hazırda həbsdə olan lideri Arayik Arutyunyan imiş. Ermənilər Azərbaycanın təbii nemətlərindən istifadə edərək müxtəlif məhsullar, o cümlədən konyak istehsal edərək onu dünyaya öz brendləri kimi təqdim ediblər.
Qeyd edək ki, Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan (1997-2007), Bako Saakyan (2007-20), Arayik Arutyunyan (2020-23) və “Daşnaksütyun” partiyasının “Qarabağ təmsilçisi”, xunta rejiminin “parlament sədri” David İşxanyan törətdikləri cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıblar.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
630 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...