Bayram günlərində TƏBİB gücləndirilmiş iş rejimində çalışacaq

Bayram günlərində TƏBİB gücləndirilmiş iş rejimində çalışacaq
Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq.

Həmçinin, Novruz bayramı ilə əlaqədar həm xarici ölkələrdən, həm də bölgələrdən xüsusilə Bakı şəhərinə gələn qonaqların sayında artım müşahidə olunduğu üçün təchizat və təminat buna uyğun təşkil olunacaq.

Belə ki, Bakı şəhərində __ təcili tibbi yardım briqadası xidmətə hazır vəziyyətə gətirilib. Onlar tibbi ləvazimatlarla, eləcə də dərman preparatları və s. ilə tam təmin olunub.Bundan əlavə, bayram günləri ərzində TƏBİB-in tabeli tibb müəssisələrinin stasionar şöbələri və təcili yardım bölmələri fəaliyyətlərini təsdiqlənmiş növbətçilik cədvəllərinə uyğun olaraq həyata keçirəcəkdir.

Qeyd edək ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı müəyyən edilib. 5 günlük iş həftəsində çalışan əməkdaşlar üçün 23 və 24 mart tarixləri həftələrarası istirahət günlərinə təsaduf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq 25 və 26 mart tarixləri qeyri-iş günləridir. 6 günlük iş həftəsində çalışan əməkdaşlar üçün 24 mart həftələrarası istirahət gününə təsadüf etdiyindən 25 mart tarixi qeyri-iş günü olacaqdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
480 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...