Türkiyənin nüvə dövlətinə çevrilməsi niyə əngəllənir?
Polkovnik: “Türkiyə bu məsələni həyati vacib hesab edən zaman reallaşdıracaq”
Belarus öz ərazisində taktiki nüvə silahı yerləşdirib. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko parlamentdə çıxışında bildirib. “ABŞ Avropa ölkələrində yerləşdirdiyi kimi, Belarus da öz ərazisində taktiki nüvə silahı yerləşdirib”, - o vurğulayıb.
Belarus prezidenti deyib ki, ölkəsi qərb sərhədlərində NATO ilə üz-üzədir: “Blokun şərq cinahında üç yüz minlik hərbi qrupun yerləşdirilməsi planı təsdiq edilib”. Onun sözlərinə görə, onlar bunu “çəkindirici kəmər” adlandırırlar: “Sadəcə, anlamaq olmur, onlar bununla kimin qarşısını almaq istəyirlər? - Aleksandr Lukaşenko qeyd edib.
Siyasi və hərbi ekspertlər hesab edir ki, mövcud geopolitik vəziyyət hətta Belarusu belə ərazisində taktiki nüvə silahı yerləşdirməyə məcbur edibsə, Yaxın Şərqdə baş verən son hadisələr - İsrail və İran arasında qarşılıqlı raket hücumları, Aralıq dənizinin şərqində yaranan gərginlik Türkiyənin nüvə silahına sahib olmasını da şərtləndirir. Son illər Türkiyənin güclü hərbi-sənaye kompleksi formalaşıb. Bu gün qardaş ölkənin istehsal etdiyi PUA-lar dünyada ən yüksək səviyyəli hərbi texnika sayılır. Rəsmi Ankara bu texnikasını müxtəlif ölkələrə satır. Türkiyə cümhuriyyət tarixində ilk dəfə üç dövlətdə eyni vaxtda öz təhlükəsizliyi və milli maraqları baxımından əməliyyat həyata keçirir - İraq, Suriya və Liviyada. Türkiyənin yeganə olaraq nüvə silahı yoxdur. Amma bu istiqamətdə qardaş ölkədə artıq ciddi fikirlər ortaya atılır. Çünki ətrafdakı nüvə ölkələrinin sayı artmaqdadır. Hindistanın, Pakistanın var, İsrail açıq etiraf etməsə də, iddialara görə, var. İran bu istiqamətdə çalışmalar aparır. Ona görə də Türkiyə bu istiqamətdə düşünməyə başlayıb. Müasir dövrdə nəhəng olmaq istəyirsənsə, mütləq nüvə silahına malik olmalısan. Rəsmi Ankara da bu gerçəyi çox gözəl anlayır. Türkiyə atom bombasına sahiblənərsə, bu, İslam dünyası üçün müsbət hadisə olacaq. Düzdür, Türkiyə ərazisində nüvə başlıqları olduğu deyilir, amma bunlar Amerikaya məxsusdur. Ankara isə öz şəxsi nüvə arsenalına sahiblənməlidir. Ekspertlərə görə, Pakistan buna 10 il ərzində nail oldusa, inkişaf etmiş Türkiyə daha tez müddətdə nüvə arsenalına malik ola bilər. Amma o da bəllidir ki, Türkiyənin nüvə dövlətinə çevrilməsinə Qərbdən əngəllər də var. Bəs onları narahat edən amillər hansıdır? Rəsmi Ankaranın bu silahları əldə etməsi Azərbaycanın maraqlarına da cavab verdiyindən bu məsələyə ölkəmizdə də geniş maraq var.
Ağdamdakı Monitorinq Mərkəzi ləğv olunur? - açıqlama
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər açıqlama verdi ki, əgər Yaxın Şərqdə Fələstin dövlətinin mövcudluğu qəbul edilməsə, bölgədə müharibə daha böyük miqyas ala bilər. Yaşar Gülər işarə etdi ki, Türkiyənin müdaxilə etməsi qaçılmaz ola bilər: “Aralıq dənizində Yunanıstanla Türkiyə arasında gərginlik var. Türkiyənin çoxlu düşmənləri var. Baxmayaraq ki, Türkiyə NATO üzvüdür, amma Qərblə arasında problemlər mövcuddur, gərginliklər yaşanır. Türkiyə güclü hərbi sənaye kompleksinə malikdir. Müstəqil siyasət yürüdən Türkiyənin hərbi sənayesinin indiki inkişafı onu istəməyən gücləri narahat edir. Hesab edirlər ki, Türkiyənin nüvə silahı əldə etməsi səviyyəsində hərbi gücünü böyütməsi onun müstəqil siyasətini, heç kimə tabe olmamaq xəttini daha da gücləndirəcək. Nüvə silahına malik Türkiyəni Qərb arzulamır. Çünki Qərbə müstəqil deyil, tabe olan, kənardan verilən təlimatlarla idarə edilən Türkiyə sərf edir. Onlara onlardan asılı ölkə lazımdır, nəinki atom silahına malik Türkiyə”.
Polkovnik vurğuladı ki, əslində nüvə silahı istehsal etmək Türkiyə hərbi sənayesi üçün elə də çətin deyil. Hətta Türkiyədə bu yöndə müəyyən işlər aparıldığı barədə Prezident Ərdoğan bir zamanlar bütün Qərbə mesaj da vermişdi və demişdi ki, biz elə həddə çatdırarsınız, məcbur olub nüvə silahımızı hazırlayarıq: “Ona görə də güman edirəm ki, Türkiyə çox da uzaq olmayacaq gələcək zamanda nüvə dövləti olacaq. Türkiyə bu silahı istehsal etməyə qadirdir. Qərb Türkiyəyə və müsəlman dövlətlərinə qarşı münasibətini müsbətə dəyişdirməsə, Türkiyəyə artıq heç kəs nüvə silahı istehsal etməyə mane ola bilməyəcək. Türkiyə nə Pakistandır, nə Hindistan, nə də İrandır. Türkiyə tamam fərqli bir dövlətdir, çox ciddi potensiala malikdir. Əlbəttə ki, nə ABŞ, nə də digər Qərb dövlətləri Türkiyənin nüvə silahı əldə etməsinə razı olmayacaq. Ancaq təcrübə göstərir ki, qardaş Türkiyə indiyə qədər onların istəmədikləri, razı olmadıqları çox məsələləri bütün təzyiqlərə rəğmən reallaşdırmağı bacarıb. Türkiyə bu məsələni də milli maraqları üçün həyati vacib hesab edən zaman reallaşdıra biləcək və heç kim onun qarşısını kəsə bilməyəcək”.
460 dəfə oxundu