Azərbaycanda məşhur brendin saxtası hazırlanır? – Araşdırma aparılır

Azərbaycanda məşhur brendin saxtası hazırlanır? –
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti fiziki şəxs Nağıyev Teyran Marif oğlu barəsində araşdırmalar aparır.

Yeniavaz.com Xidmətdən açıqlanan məlumata istinadən xəbər verir ki, araşdırma “Sinteks” MMC-nin müraciəti əsasında başlayıb.

Bildirilir ki, qanun pozuntusu “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü abzasının və 9-cu maddəsinin 2-ci abzasının tələblərinin pozulması əlamətləri üzrədir.

“Sinteks” MMC şikayət ərizəsində bildirib ki, “DAMA S.P.A” şirkətinə məxsus “PAUL & SHARK yachting” və “HUGO BOSS Trade Mark Management GmbH & Co. KG” şirkətinə məxsus “HUGO BOSS” beynəlxalq əmtəə nişanlarından fiziki şəxs Teyran Nağıyev Marif oğlu qanunsuz istifadə edib.

Qeyd edək ki, 1924-cü ildən Almaniyada istehsal edilən “Hugo Boss” geyimlərinin dünyanın 110 ölkəsində 6 100 satış nöqtəsi var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
383 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...