İcra başçısı şəhid anasını ziyarət etdi
İcra başçısı Hacallı kəndində 55 illik yubileyi münasibəti ilə şəhid anası Gülnar Sarıyevanı ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Hacallı kəndində 55 illik yubileyi münasibəti ilə şəhid Sabirli Əjdər Xanlar oğlunun anası Gülnar Sarıyevanı ziyarət edərək, onu təbrik edib, şəhid anasının qayğıları ilə maraqlanıb. İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid anasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və gül dəstəsi təqdim edib.
Qeyd edək ki, şəhid kiçik çavuş Sabirli Əjdər Xanlar oğlu 1996-cı ilin dekabr ayının 22-də Tərtər rayonunun Hacallı kəndində anadan olub. O, Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu idi.
Vətən müharibəsi başlayanda 4 il idi ki, hərbidə qulluq edirdi. O, tankçı idi. Sabirli Əjdər 11 oktyabr 2020-ci il tarixdə 44 günlük Vətən müharibəsində Suqovuşan, Talış kəndləri istiqamətində gedən döyüşlərdə şəhid olub və doğulduğu kənddə dəfn olunub.
Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.
Şəhidin valideynləri övladları ilə həmişə qürur duyduqlarını bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
292 dəfə oxundu