İcra başçısı şəhid atasının yubileyindıə

İcra başçısı şəhid atasının yubileyindıə
Rayon rəhbəri Vətən Müharibəsi şəhidi Abbaslı Elnurun atası Abbasov Yaşar Abdüləli oğlunun 65 illik yubileyi münasibəti ilə təbrik edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Köçərli kəndində Vətən Müharibəsi şəhidi Abbaslı Elnur atası Yaşar Abbasovu 65 illik yubileyi münasibəti ilə ziyarət edib. Şəhid atasını təbrik edərək ona səmimi arzularını çatdırıb, gül dəstəsi və rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə verib. Ailənin qayğıları ilə maraqlanıb.


Rayon rəhbəri bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhidin valideynlərinə Elnur kimi igid bir oğul böyütdükləri üçün öz minnətdarlığını bildirib.
Sonra İcra başçısı Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi antiterror tədbirlərin məqsədinin Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mina terroruna son qoyulması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi olduğunu bildirib.
Rayon rəhbəri şəhidin valideynlərinə dövlətimizin həmişə onların yanında olduğunu, dövlət rəhbərinin şəhid ailələrinin problemlərinin həllinin bütün qurumların qarşısına bir vəzifə kimi qoyduğunu bildirib.

Qeyd olunub ki, Abbaslı Elnur Yaşar oğlu 1992-ci il iyun ayının 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.
Azərbaycan ordusunun kiçik cavuşu olan Elnur Abbaslı 2020-ci ilin oktyabr ayının 7-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub, özündən sonra 2 övladı yadigar qalıb. Respublika Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Rayon rəhbəri torpaqlarımızın Elnur kimi igid oğullar sayəsində işğaldan azad olunduğunu, onun övladlarının xalqımıza bir əmanət olduğunu, şəhid övladına diqqət və qayğı göstərilməsinin hər birimizin borcu olduğunu vurğulayıb, respublika prezidenti cənab İlham Əliyevin bu istiqamətdə fəaliyyətinin hər kəsə bir nümunə olduğunu bildirib.

Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.

İcra başçısı şəhid atasının yubileyindıə
İcra başçısı şəhid atasının yubileyindıə
İcra başçısı şəhid atasının yubileyindıə



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
328 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...