Tərtərdə yerləşən N nömrəli hərbi hissədə Novruz şənliyi keçirilib- FOTOLAR

Tərtərdə yerləşən N nömrəli hərbi hissədə Novruz şənliyi keçirilib-
Tərtərdə yerləşən N nömrəli hərbi hissədə Novruz şənliyi keçirilib-
Tərtərdə yerləşən N nömrəli hərbi hissədə Novruz şənliyi keçirilib-
Tərtərdə yerləşən N nömrəli hərbi hissədə Novruz şənliyi keçirilib-


Tərtərdə yerləşən N nömrəli hərbi hissədə Novruz şənliyi keçirilib
Novruz bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yerləşən N nömrəli hərbi hissədə bayram tədbiri keçirilib.
"Gündeminfo.az" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, sonra əsgər və zabitlərlə birlikdə Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının və rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər veteranlar, məktəblilər, rayon ictimaiyyətinin nümayəndələri və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirərək 44 günlük Vətən müharibəsində Zəfər qazanıb. Əsgərlər və zabitlər şərəfli peşə sahibi olduğunu bir daha sübut ediblər. Diqqətə çatdırıb ki, torpaqlarımızın ərazi bütövlüyü şəhidlərin qanı bahasına bərpa olundu. Bu gün Vətənin keşiyində dayanan əsgərlər və zabitlər onlara əmanət olan torpaqları göz bəbəyi kimi qoruyurlar.
Rayon rəhbəri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında özünün ən dinamik inkişaf dövrünü yaşayır. İndi Azərbaycan Cənubi Qafqazın ən güclü dövləti olduğu kimi, rəşadətli Ordusu da regionun ən qüdrətli ordusudur.
Hərbi hissənin rəhbərliyi qonaqlara təşəkkürünü bildirib və belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib. Bildirilib ki, əsgər və zabitlər Ali Baş Komandan İlham Əliyevin əmr və tapşırıqlarını yerinə yetirməyə hər an hazırdırlar.
Çıxış edən hərbçilər göstərilən xüsusi diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Rayon rəhbəri qazilərlə birlikdə hərbi hissədə bayram tonqalını alovlandırıb.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən əsgərlərə bayram sovqatları verilib, Bərdə Regional Mədəniyyət İdarəsinin Tərtər Nümayəndəliyi tərəfindən onlar üçün konsert proqramı təşkil olunub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1288 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...