İran türmələrində saxlanılan qadınlar zorlanır - TÜKÜRPƏDİCİ FAKTLAR
İran həbsxanalarında etirazlarda iştirak etdikləri üçün saxlanılan qadınlara təcavüz edilib.
KONKRET.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilib ki, etirazçılardan biri bir gün polisdə olub. O, zorakılığın şahidi və qurbanı olub.
Qeyd edək ki, İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar iki aydan çoxdur ki, davam edir. Bu müddət ərzində azı 378 etirazçı həlak olub, daha çox insan isə yaralanıb. 15 minə yaxın adam həbs edilib. Onların bir çoxu hələ də həbsxanalarda və polis bölmələrində pis rəftara məruz qalırlar.
CNN-in jurnalisti saxlanılanlardan biri, aksiyalarda iştirak edən 20 yaşlı qızla danışıb. O, polis bölmələrində cinsi zorakılıqdan danışıb. Kürd əsilli Xana saxlanıldıqdan sonra İranın şimal-qərbindəki Urmiya şəhərində polis bölməsinə aparılıb. O, cinsi zorakılığa məruz qaldığını bildirib.
Polis tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq, Xana etirazlara qoşulub və bir çox digər qadınlar kimi hicabını yandırıb. Onunla birlikdə daha 30-40 qadın polis bölməsinə aparılıb. Xana zorakılığa məruz qaldğını bildirib. Onun sözlərinə görə, polis məmuru onu dindirmə otağında bağlayıb və orada cinsi əlaqə qarşılığında ona azadlıq vəd edib. CNN nəşri bildirir ki, jurnalistlərə müsahibəsi zamanı qızın boynunda qançır izi görünüb.
Xananın sözlərinə görə, insanların İran həbsxanalarında və təcridxanalarında baş verənlərdən o qədər də xəbəri yoxdur, çünki polis qadınları qorxudur.
Xananı həbsdən atası xilas edib və o, İrandan qaça bilib.
Məlumata görə, İran sərhədçiləri qeyri-qanuni olaraq ölkəni tərk etməyə cəhd edənlərə atəş açır.
Qeyd olunub ki, oktyabrın 17-də mülki geyimli polis əməkdaşları Armita Abbasi adlı qızı aldığı ağır xəsarətlə Tehranın Kərəc qəsəbəsindəki xəstəxanaya aparıblar.
Polis xəstəxana işçilərinin Armita ilə danışmasına mane olub və həkimləri zorlamanın onun həbsindən əvvəl baş verdiyini sənədləşdirməyə məcbur edib.
CNN jurnalistləri baş verənlərlə bağlı şərh almaq üçün xəstəxana ilə əlaqə saxlasalar da, onlara heç bir məlumat verilməyib.
1713 dəfə oxundu