Güləşçimiz ermənini məğlub etdi

Güləşçimiz ermənini məğlub etdi

Azərbaycanın sərbəst güləşçisi Vahid Qalayev Şimali Makedoniyanın paytaxtı Skopyedə gənclər arasında Avropa çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 125 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hovannes Maqakyana qalib gəlib.

Güləşçi 0:3 hesabı ilə geridə olsa da, əmzkar qələbə qazanıb - 6:3.

Qalayev 1/8 final mərhələsində Aleksi Jorjolianidən (Gürcüstan) güclü olub.

Qeyd edək ki, Avropa çempionatına mayın 23-də yekun vurulacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1129 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...