Hüseynbala Mirələmovun o videosunu kim yaydı? - Baş redaktordan AÇIQLAMA
Ötən gün sosial şəbəkələrdə hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsü yayılıb.
Qeyd edək ki, Hüseynbala Mirələmov bu günə kimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsini tuturdu. Həmin görüntülərin də ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı Hüseynbala Mirələmovun kabinetində çəkildiyi bildirilir.
Hadisə sosial şəbəkələlərdə geniş müzakirəyə səbəb olub.
Bəs bu video internetə necə düşüb, onu yayan təşkilatçılar kimlərdi?
Olayla bağlı Modern.az-a danışan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, hüquq-mühafizə orqanları bu məsələyə kəskin münasibət bildirməlidir:
“Mən düşünürəm ki, şantaj kimi hadisələrin davamlı olması cəmiyyətdə çox pis bir ovqat yaradır. Şantaj adiləşir, insanların içində qəzəb, kin duyğuları qabarır. Bu kimi hadisələr insanları qarşı-qarşıya qoyur.
Bilirəm ki, Hüseynbala Mirələmovla bağlı yayılan videonun izinə düşmək asan olacaq. Videodan başa düşülür ki, hansısa bir konfrans öncəsidir və bu görüntülər yalnız həmin konfransın texniki işlərinə baxanda ola bilər. Videogörüntüləri yaymaqda hansı məqsəd olduğunu bilmək üçün jurnalist araşdırması lazımdır. Çünki videoya baxan insanların düşüncəsində “görəsən, bu video şantaj məqsədi ilə Hüseynbala müəllimə çatdırılıbmı, maddi maraq güdülürmü” kimi suallar yaranır.
Bu məsələyə mütləq hüquq-mühafizə orqanları müdaxilə etməlidir.
Videogörüntünü yayan şəxs tapılaraq, Cinayət Məcəlləsinin qanunlarına əsasən cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Baş redaktor bildirib ki, o bu tip videoların yayılmasını qəti şəkildə pisləyir:
“Hesab edirəm ki, hüquq-mühafizə orqanları kəskin münasibət bildirib, belə məsələlərin sosial şəbəkələrdə yayılmasını sonlandıracaqlar”.
1368 dəfə oxundu