“Nar”ın dəstəyi ilə keçirilən "Karabakh is Azerbaijan" onlayn şahmat seriyası başa çatdı”

 “Nar”ın dəstəyi ilə keçirilən "Karabakh is Azerbaijan" onlayn şahmat seriyası başa çatdı”

“Nar”ın dəstəyi ilə keçirilən "Karabakh is Azerbaijan" onlayn şahmat seriyası başa çatdı

“Nar”ın dəstəyi ilə chess.az saytının keçirdiyi "Karabakh is Azerbaijan" onlayn şahmat seriyası başa çatıb. Böyük finala vəsiqə qazanmış ən yaxşı 10 şahmatçı arasında gedən mübarizədə Elnur Mehtiyev birinci yerin qalibi olub. İkinci və üçüncü yerlərin sahibləri isə müvafiq olaraq İsmayıl Qurbanov və Şəhriyar Rəhmanov olub. İlk üç yeri tutmuş şahmatçılar “Nar” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, iki aydır davam edən seriyada Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Hindistandan ümumilikdə 264 şahmatçı iştirak edib. 8 turnirdən və böyük finaldan ibarət seriyada turnirlərin hər biri Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların adını daşıyıb. Seriya lichess.org şahmat platforması üzərindən keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
979 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...