Xalq artisti Ramiz Məmmədov dəfn olunub

Xalq artisti Ramiz Məmmədov dəfn olunub

Xalq artisti Ramiz Məmmədov dəfn olunub.

APA-nın xəbərinə görə, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

***

Xalq artisti Ramiz Məmmədovla vida mərasimi keçirilib. APA xəbər verir ki, vida mərasimi Təzə Pir məscidində baş tutub.

Mərasimdə R. Məmmədovun ailə üzvləri, yaxınları və sənət yoldaşları iştirak edib.

R. Məmmədov dəfn olunmaq üçün Yasamal qəbiristanlığına aparılıb.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən R. Məmmədov dünən günorta saatlarında vəfat edib.

R. Məmmədov 1951-ci ildə anadan olub. 1975-ci ildə İncəsənət İnstitutunun tələbəsi olan zaman Musiqili Komediya Teatrına dəvət alıb.

"Qaynana"da Əli, "Gurultulu məhəbbət"də Həsən, "Gözün aydın"da Qəhrəman, "Boşanaq evlənərik"də Ağacan, "O olmasın, bu olsun"da Rza bəy, Hambal, "Bəbirlinin kələkləri"ndə Bəbirli və başqa obrazların yaradıcısı kimi çıxış edən R.Məmmədov musiqili komediya janrının mahir ifaçısı olduğunu təsdiq edib.

Televiziyanın "Səhər görüşləri"ndə, "Yumoristik novellalar", "Komediyalar aləminə səyahət" verlişlərində, "Yaşıl eynəkli adam", "Zümrüd quşu", "Qaynana əməliyatı", "Get gətir", "Əzəlim qözəlim", "Mənim dayım" tamaşalarında müxtəlif rollar oynayan aktyor daha çox populyarlıq qazanıb.

O, 2001-ci ildə Əməkdar Artist, 2013-cü ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1721 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...