Estoniyanın hökumət başçısı koronavirusa yoluxdu

Estoniyanın hökumət başçısı koronavirusa yoluxdu
Estoniyanın baş naziri Kaya Kallasın koronavirus testi müsbət olub.

“Report” xəbər verir ki, bu barədə “Reuters” bildirib.

Testin nəticəsinə baxmayaraq, Kallas özünü yaxşı hiss edir və vəzifəsini distant formada icra etməyə davam edəcək.

"Mən bütün insanları ehtiyat tədbirlərinə riayət etməyə, qapalı yerlərdə maska taxmağa, başqa insanlarla əlaqələri azaltmağa, imkan daxilində distant formada işləməyə və evdə daha çox qalmağa çağırıram, çünki virus indi bütün Estoniyaya yayılıb", - Estoniya baş nazirinin rəsmi müraciətində deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
909 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...