Nazirlikdən kəskin hava ilə bağlı əhaliyə MÜRACİƏT

Nazirlikdən kəskin hava ilə bağlı əhaliyə

Gözlənilən kəskin hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib.

Qurumdan verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bu gündən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq martın 13-ü səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, havanın temperaturu enəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Xüsusən, Bakıda və Abşeron yarımadasında güclü külək əsəcəyi, çovğun olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.

“Gözlənilən hava şəraiti ilə əlaqədar FHN bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik naminə ciddi zərurət olmadan güclü küləkli və çovğunlu havada bayıra çıxmamağı tövsiyə edir.

Bununla yanaşı, əgər güclü külək və çovğun sizi küçədə haqlayıbsa, yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durun, elektrik dirəyi və məftillərinin, hündür ağacların altında dayanmayın. Bu zaman diqqətli hərəkət edərək yaxınlıqdakı binanın zirzəmisində və ya möhkəm tikilidə daldalanmağa çalışın”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1187 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...